”Improtex” Şirkətlər Qrupunun prezidentinin müşaviri Orxan Ərəbov, İnsan resursları departamentinin müdiri Ülviyyə Rüstəmova və “Improtex Trucks and Buses” şirkətinin direktor müavini Anar Mustafayev Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüşdə universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. AzTU tələbələrinin şirkətdə təcrübə keçməsi, şirkətin mütəxəssislərinin universitetdə ustad dərslərinin təşkil olunması, birgə elmi-tədqiqatların aparılması kimi məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar AzTU-nun laboratoriyaları ilə tanış olub.