Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
Dekabrın 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.