Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və SEforALL arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

AzTU və SEforALL arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

15.12.2025     29     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutu ilə SEforALL (Sustainable Energy for All) təşkilatı arasında ilkin tanışlıq görüşü keçirilib. Onlayn formatda keçirilən görüşdə AzTU-dan beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Enerji və Dayaniqli İnkişaf İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov, SEforALL tərəfdən isə təşkilatın əməkdaşlıq və inkişaf məsələləri üzrə direktoru Mikael Melin və təşkilatın əməkdaşı Yasaman Sharif iştirak edib.

Görüşün əsas məqsədi AzTU və SEforALL arasında potensial əməkdaşlıq istiqamətlərini dəyərləndirmək, universitetin dayanıqlı və bərpa olunan enerji texnologiyaları, enerji səmərəliliyi və iqlim dəyişiklikləri üzrə tədqiqat potensialı ilə SEforALL-un qlobal təşəbbüsləri arasında sinerji yaratmaq olub.

Tərəflər 2026-cı ildə SEforALL ilə əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyətinin gələcəkdə təşkilatın layihələrinə elmi-metodoloji dəstək göstərməsi, analitik yanaşmalar təqdim etməsi və birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.


Digər xəbərlər