Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və “BakuBus” MMC arasında kadr potensialının artırılmasına dair təlim proqramı uğurla yekunlaşıb

AzTU və “BakuBus” MMC arasında kadr potensialının artırılmasına dair təlim proqramı uğurla yekunlaşıb

02.02.2026     62     AzTU

“BakuBus” MMC-də şəhər nəqliyyatının davamlı inkişafı və hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə həyata keçirilmiş ixtisasartırma təlim proqramının yekununa həsr olunmuş tədbir keçirilib.

Layihənin məqsədi şəhər ictimai nəqliyyatında xidmət keyfiyyətinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin artırılması və sahə üzrə peşəkar kadr potensialının formalaşdırılması olub.

Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, “BakuBus” MMC-nin İdarə Heyətinin sədri Hikmət Qəribov, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları - təlimçi müəllimlər, eləcə də təlim proqramının dinləyiciləri iştirak ediblər.

İştirakçıları salamlayan “BakuBus” MMC-nin İdarə Heyətinin sədri Hikmət Qəribov AzTU ilə həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, “BakuBus” MMC ilə keçirilən ilkin rəsmi görüşlərdən sonra şirkətin kadr ehtiyacları üzrə AzTU-nun Logistika və Nəqliyyat İnstitutu tərəfindən ətraflı analiz aparılıb. Aparılmış qiymətləndirmələr əməkdaşların akademik-nəzəri biliklərinin, sahə terminologiyasının və normativ-hüquqi baza üzrə məlumatlılığının artırılmasının zəruri olduğunu göstərib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, təlim proqramı AzTU ilə “BakuBus” MMC arasında şəhər nəqliyyatının davamlı inkişafı, kadr potensialının gücləndirilməsi və sahə üzrə peşəkar biliklərin artırılması istiqamətində qurulmuş strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib. Rektor gələcəkdə təlim proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov təlim proqramının icrası ilə bağlı geniş məlumat verib. Bildirib ki, təlimlər AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun peşəkar akademik heyəti tərəfindən aparılıb və nəzəri biliklərlə yanaşı praktiki yanaşmaları özündə birləşdirib. Proqram çərçivəsində yol hərəkətinin təhlükəsizliyi sahəsində əsas anlayışlar, müvafiq normativ-hüquqi sənədlər, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, yol-nəqliyyat hadisələrinin təhlili və nəqliyyat vasitələrinin təhlükəsizlik tələbləri üzrə nəzəri və praktik biliklər təqdim olunub.

AzTU-nun Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Qasım Manafov tələbələrin təlim proqramı ərzində müvəfəqiyyəti və göstəriciləri barədə ətraflı məlumat verib.

Çıxışlar zamanı AzTU ilə “BakuBus”ın sözügedən əməkdaşlıq modeli ali təhsil müəssisələri ilə sənaye sektoru arasında səmərəli bilik və təcrübə mübadiləsi, universitet-sənaye əməkdaşlığının real nəticələrə əsaslanan uğurlu nümunəsi kimi qiymətləndirilib və gələcəkdə də davam etdirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Tədbirin sonunda təlim proqramını uğurla başa vuranlara sertifikat təqdim olunub.


Digər xəbərlər