Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və AZAL əməkdaşlığa başlayır

AzTU və AZAL əməkdaşlığa başlayır

02.02.2026     65     AzTU

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İnsan resursları idarəsinin rəis müavini Nigar Orucova, AZAL üzrə layihə rəhbəri Əzizbikə Abdullayeva və layihə üzrə konsultant Toğrul Ələkbərov Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan görüşdə mexanika, avtomatika, energetika və elektronika, informasiya texnologiyaları, nəqliyyat və logistika sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün təcrübə proqramlarının təşkili, kadr hazırlığı və universitet-sənaye əlaqələrinin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin birgə mühəndislik proqramlarının həyata keçirilməsi, eləcə də tələbələrin praktik bacarıqlarının artırılması üzrə perspektiv layihələrin hazırlanması da müzakirə olunub.

Sonda birgə tədbirlər planının hazırlanması və yaxın günlərdə layihələrin icrasına başlanılması qərara alınıb.


Digər xəbərlər