Azərbaycan Texniki Universiteti (AzTU) “UI GreenMetric World University Rankings 2025” beynəlxalq reytinq nəticələrinə əsasən 835-ci (2024-cü ildə 1014-cü) pilləyə yüksəlib.
2024-cü ildə AzTU-nun ümumi balı 4645 olduğu halda, 2025-ci ildə 5798 bala çatıb. Qiymətləndirmə meyarları üzrə “Setting & Infrastructure”, “Energy & Climate Change”, “Waste”, “Water”, “Transportation” və “Education & Research” indikatorlarında nəzərəçarpacaq artım qeydə alınıb.
Əldə olunan nəticələr universitetdə son illər aparılan institusional islahatların, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan idarəetmənin, ekoloji məsuliyyətin artırılması istiqamətində görülən işlərin, eləcə də təhsil və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin məntiqi nəticəsidir.
Qeyd edək ki, AzTU beynəlxalq standartlara uyğun fəaliyyətin genişləndirilməsi, “yaşıl universitet” konsepsiyasının tətbiqi və qlobal reytinqlərdə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsini davam etdirir.