Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsinin müəllifi olduğu mobil tətbiq Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU tələbəsinin müəllifi olduğu mobil tətbiq Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

24.12.2025     10     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbəsi Sənan Mirzəyevin müəllifi olduğu “SupAutism” mobil tətbiqi Azərbaycan Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olub. Mobil tətbiq autizmli uşaqların valideynlərinə psixoloji, pedaqoji və sosial dəstək göstərməyi hədəfləyir.

Layihənn əsas məqsədi valideynlərin məlumat əldə etməsini asanlaşdırmaq, ilkin mərhələdə düzgün istiqamət göstərmək və cəmiyyətdə autizm barədə maariflənməni artırmaqdır.

Mobil tətbiqdə “Autizm üzrə ilkin məlumatlandırıcı bölmə”, “Uşaq davranış testləri”, “Valideynlər üçün addım-addım təlimat və tövsiyələr”, “Autizmli uşaqların gündəlik həyatını asanlaşdıran praktik materiallar” adlı bölmələr var.


Digər xəbərlər