Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri Zəfər Cəfərov, kafedranın dosenti Elman İmaməliyev, baş müəllimlər Mübariz Qəmbərov və Zaur Qəmbərov mobillik proqramı ilə Türkiyənin İstanbul Texniki Universiteti (İTÜ) və Yıldız Texniki Universitetində (YTÜ) səfərdə olub. Nümayəndə heyəti sözügedən universitetlərin Kompüter mühəndisliyi kafedralarında görüşlər keçirib.
Görüşlər zamanı kompüter mühəndisliyi sahəsində birgə elmi-tədqiqatların və ikili diplom proqramlarının həyata keçirilməsi, həmçinin əməkdaşlıq imkanlarınını genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.