Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU İnkubasiya Mərkəzində yeni İnkubasiya Proqramına start verilib

AzTU İnkubasiya Mərkəzində yeni İnkubasiya Proqramına start verilib

04.12.2025     46     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində yeni İnkubasiya Proqramına start verilib. Proqrama seçilmiş startap komandalarının iştirakı ilə praktiki təlimlərə başlanılıb və bu təlimlər mütəmadi olaraq davam etdiriləcək. Proqram müddətində komanda üzvləri layihə idarəetməsi, biznes modeli qurulması, məhsul inkişafı və investisiya mühitinə hazırlıq istiqamətlərində bilik və bacarıqlar əldə edəcəklər.

Təlimlər çərçivəsində tələbələrə verilən tapşırıqlar əsasında real işlər görüləcək, komandalar praktik şəkildə öz layihələrini inkişaf etdirəcək və mentorların yönləndirməsi ilə ideyalarını daha da təkmilləşdirəcəklər. Bu proses tələbələrin həm komanda işi, həm analitik düşünmə, həm də tətbiqi bacarıqlarını gücləndirəcək.

Burada həmçinin gənclərə layihələrini investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında təqdim etmək imkanı yaradılır.

AzTU İnkubasiya Mərkəzi bu təşəbbüslə universitet daxilində innovativ düşüncənin inkişafını təşviq etməyi, gənclərin startap ekosisteminə inteqrasiyasına dəstək göstərməyi və yeni nəsil sahibkarların yetişməsinə töhfə verməyi hədəfləyir.


Digər xəbərlər