Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında birgə işçi qrupunun iclası keçirilib

AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında birgə işçi qrupunun iclası keçirilib

29.01.2026     39     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında yaradılmış birgə işçi qrupunun iclası keçirilib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU ilə MSN arasında geniş və sistemli əməkdaşlığın yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Elsevər İbadov hər iki qurum arasında mövcud əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edib.

Görüş zamanı gündəlikdə nəzərdə tutulan əsas məsələlər ətrafında geniş müzakirələr aparılıb. Belə ki, AzTU Xüsusi texnika və texnologiya fakültəsinin 2024 və əvvəlki illərin məzunlarının təyinatı, fakültə üzrə ixtisasların mövcud tədris proqramları, həmçinin 2025/2026-cı tədris ili üzrə buraxılış işlərinə birgə elmi rəhbərlərin təyin edilməsi mexanizmləri nəzərdən keçirilib.

Eyni zamanda, mühəndislik ixtisasları üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri üçün 6 aylıq tətbiq yönümlü təlimlərin təşkili məsələsi də diqqət mərkəzində olub. Qeyd edilib ki, bu təlimlər tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də müdafiə sənayesinin kadr ehtiyaclarının daha səmərəli şəkildə qarşılanmasına xidmət edəcək.

Görüşdə universitet-sənaye əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə birgə fəaliyyətlərin davam etdirilməsi barədə qarşılıqlı razılıq ifadə olunub.


Digər xəbərlər