Ana səhifə Xəbərlər
AzTU ilə MDU arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair əməkdaşlıq memorandumu imzalanıb
AzTU ilə MDU arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair əməkdaşlıq memorandumu imzalanıb
"Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda III beynəlxalq konfrans çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair strateji əməkdaşlıq memorandumu imzalanıb.
Bu əməkdaşlıq əsasında formalaşan klaster akademiya, sənaye və dövlət strukturlarının birgə fəaliyyətinə əsaslanan, enerji istehsalı, ötürülməsi, paylanması, idarə olunması və dayanıqlı inkişaf sahələrində innovasiyaları dəstəkləyən, tədqiqatları təmin edən şəbəkə əsaslı ekosistemin yaradılmasına xidmət edir.
Sözügedən klasterin yaradılması texnoloji transformasiya və rəqəmsal energetika hədəfli tələbə-tədqiqat-sənaye inteqrasiyasını təmin edəcək.