Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrsının müdiri professor Səbinə Alməmmədova və baş müəllim Vəfa Rəşidli Qazaxıstanın Almatı şəhərində səfərdə olub.
AzTU nümayəndələri Əl-Fərabi adına Qazax Milli Universitetinin Xarici dillər kafedrasının müdiri Jamila Dosmagambetova və kafedra əməkdaşları ilə görüş keçirib.
Görüş çərçivəsində elmi əməkdaşlıqların güclənməsi, ikitərəfli tərəfdaşlıqların inkişaf etdirilməsi, birgə ikidilli və çoxdilli terminoloji lüğətlərin hazırlanması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçililməsi, elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.