Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU nümayəndə heyəti “QS China Summit 2026”da iştirak edir

AzTU nümayəndə heyəti “QS China Summit 2026”da iştirak edir

08.04.2026     75     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən “QS China Summit 2026” beynəlxalq tədbirində iştirak edir.

Sammitdə AzTU-nu elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil edir.

Ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.

AzTU nümayəndə heyətinin bu mötəbər beynəlxalq platformada iştirakı universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, elmi və innovativ fəaliyyətin inkişafı, eləcə də ali təhsildə müasir idarəetmə və keyfiyyət yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Sammit çərçivəsində əldə olunacaq təcrübə və qurulacaq yeni əlaqələrin AzTU-nun strateji inkişaf prioritetlərinə, beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına və universitetin qlobal akademik mühitdə mövqeyinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, “QS China Summit 2026” ali təhsilin gələcək inkişaf istiqamətlərinin, qlobal çağırışların və innovativ həllərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir.


Digər xəbərlər