Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

12.12.2025     86     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. 

AzTU-nun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, böyük xilaskarlıq missiyasından, ölkənin bütün sahələrində həyata keçirdiyi mühüm islahatlardan danışıblar.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Bugünkü müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəridir.

O da vurğulanıb ki, Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanda müstəqilliyin əbədiliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi, milli-mədəni irsin qorunmasının təminatçısı olub. 

Bu gün onun siyasi xətti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Digər xəbərlər