Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da "Rəqəmsal sağlamlıq sistemlərində süni intellekt texnologiyaları və Big Data analitikası" mövzusunda infosessiya keçirilib

AzTU-da "Rəqəmsal sağlamlıq sistemlərində süni intellekt texnologiyaları və Big Data analitikası" mövzusunda infosessiya keçirilib

24.11.2025     54     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Biotibbi Mühəndislik İnstitutunun təşkilatçılığı ilə "Rəqəmsal sağlamlıq sistemlərində süni intellekt texnologiyaları və Big Data analitikası" mövzusunda infosessiya keçirilib. İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev süni intellektin tibbdə tətbiqi istiqamətində Biotibbi Mühəndislik İnstitutunun bir il ərzində apardığı elmi-tədqiqatlardan danışıb. Rektor yaxın gələcəkdə institutun tibb müəssisələri ilə əməkdaşlığının planlaşdırıldığını deyib. Bu əməkdaşlığın qeyd olunan istiqamət üzrə mövcud problemlərin həlli üçün faydalı imkanlar yaradacağı da xüsusi vurğulanıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev rəhbərlik etdiyi institutun bir il ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, institut bu müddət ərzində Azərbaycanda bir sıra ilklərə imza atıb. Biotibbi Mühəndislik İnstitutu ölkədə mühəndislik və tibb sahəsində birgə elmi-tədqiqaltarın icra olunduğu ilk institutdur. İnstitutda aparılan elmi-tədqiqatlar beynəlxalq elmi jurnallarda dərc olunub. Nuran Abdullayev süni intellektin diaqnostika və müalicədə bir çox məsələlərin həllinə töhfəsindən də danışıb. O deyib ki, Azərbaycanda bütün qurumlar üçün institutun fəaliyyət sahəsi üzrə təkliflər planı artıq hazırdı və institut bu istiqamətdə də bütün əməkdaşlıqlara açıqdır.

Respublika Klinik Xəstəxanasının direktoru, əməkdar həkim, onurğa cərrahı, ortoped-travmatoloq, idman həkimliyi üzrə mütəxəssis, fəlsəfə doktoru Elviz Qasımov AzTU-nun müvafiq dövlət qurumları ilə süni intellekt əsaslı biotibbi həllər üzrə strateji əməkdaşlıq qurmasını təqdirəlayiq addım adlandırıb. O, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun səhiyyə sisteminin rəqəmsallaşdırılması prosesinə də töhfə verəcəyinə ümid etdiyini deyib.

Sonra Biotibbi Mühəndislik İnstitutunun əməkdaşları Sevinc Əliyeva və Xalid Nəzərov institutun elmi-tədqiqatları haqqında geniş təqdimatla çıxış ediblər.


Digər xəbərlər