Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU-da qış imtahan sessiyası başlayıb

05.01.2026     97     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya yanvarın 30-da yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün isə imtahan sessiyası 7-13 yanvar tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I, II, III kurslar üçün müvafiq fənlər üzrə yazılı (elektron), test və şifahi (videoqeydiyyatın aparılması ilə), əyani təhsil alan IV kurslar üçün isə test və şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçirilir. Qiyabi təhsil alan tələbələr üçün imtahanlar test üsulu ilə təşkil edilib. Magistratura səviyyəsində isə bütün imtahanlar şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçiriləcək.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 9-dan 13-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 525 24 06 (daxili nömrə 4001) fəaliyyət göstərir.


Digər xəbərlər