Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat potensialının gücləndirilməsi və professor-müəllim heyətinin elmi-tədqiqat imkanlarının genişləndirilməsi, elmi potensiallarının səmərəli istifadəsi və düzgün realizə olunması məqsədilə AzTU-nun əməkdaşlıq etdiyi qabaqcıl xarici universitetlər, tədqiqat mərkəzləri və əmək bazarı nümayəndələri ilə rasional əməkdaşlıq çərçivəsində partnyor professor (tədqiqatçı) “Əkiz tədqiqatçı” layihəsi həyata keçiriləcək.
Bununla bağlı qərar AzTU-nun Elmi şurasının iclasında qəbul olunub.
Bildirilib ki, layihənin realizə olunmasında əsas fəaliyyətin sənaye əhəmiyyətli, tətbiqi xarakterli tədqiqat işlərinin dəstəklənməsi və müasir çağırışlara cavab verən tədqiqatçılar şəbəkəsinin formalaşdırılmasına yönəlməsi nəzərədə tutulur.
İclasda həmçinin institusional struktur və akademik fəaliyyət üzrə vahid əsasnamə layihəsi də təsdiq edilib.