Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da daxili qrant müsabiqəsinin qalib layihələri elan edilib

AzTU-da daxili qrant müsabiqəsinin qalib layihələri elan edilib

05.01.2026     123     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, prioritet elmi istiqamətlərin dəstəklənməsi və universitetin tədqiqat potensialının gücləndirilməsi məqsədilə keçirilmiş daxili qrant müsabiqəsinin qalib layihələri elan olunub.

Müsabiqə çərçivəsində təqdim edilən layihə təklifləri müəyyən olunmuş qaydalara uyğun olaraq müstəqil ekspertlər tərəfindən qiymətləndirilib, elmi yenilik səviyyəsi, innovativ yanaşma, tətbiq imkanları, eləcə də gözlənilən elmi və sosial əhəmiyyət əsas meyarlar kimi nəzərə alınıb. Qiymətləndirmə nəticəsində müasir elmi çağırışlara cavab verən, yüksək elmi və texnoloji əhəmiyyətə malik layihələr qalib seçilib.

Qalib layihələr mühəndislik, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, enerji, ətraf mühit, materialşünaslıq, xüsusi texnika və texnologiya və təhsil texnologiyaları kimi strateji əhəmiyyət daşıyan sahələri əhatə edir. Bu layihələrin icrası AzTU-da elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, elmi nəticələrin tətbiq yönümlü inkişafına, innovasiya mühitinin möhkəmləndirilməsinə və elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Daxili qrant müsabiqəsi universitetin elm siyasətinə uyğun olaraq tədqiqat fəaliyyətinin sistemli şəkildə təşviq edilməsini, elmi potensialdan səmərəli istifadənin təmin olunmasını və beynəlxalq elm məkanında rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Layihələrin yerinə yetirilməsi 2026-cı il ərzində həyata keçiriləcək.

Daxili qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin ümumi həcmi 1 285 150 manat təşkil edir.  

Daxili qrant müsabiqəsinin qalib layihələri

 

Layihənin adı

Layihə rəhbəri

1

Yerli təbii seolitlərin tətbiqi ilə ağır metal ionlarının içməli və tullantı sularından adsorbsiya üsulu ilə təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması

Fəxrəddin Yusubov

2

PQ-LCA: Qəfəs-əsaslı post-kvant alqoritmlərinin kriptoanalizi və milli kriptoqrafik alqoritmlərin işlənməsi

Yadigar İmamverdiyev

3

İnnovativ texnologiyalar əsasında yeni metal materialların struktur və xassələrinin tədqiqi

Səyami Hüseynov

4

Təbii dil emalı texnologiyalarının köməyilə kibertəhdidlərin analizi və aşkarlanması

Ramiz Alıquliyev

5

Süni intellekt texnologiyalarının tətbiqi ilə dəyişən parametrli azad fəzada intellektual optik şəbəkə modelinin yaradılması

Mehman Həsənov

6

Hiperlokal açıqlana bilənlik: variantlar arası ayrım edə bilən dərin izah sistemi (Hi-VAX)

Zaur Qəmbərov

7

Süni intellekt dəstəkli mobil robot layihəsi: kranlarda korroziyanın aşkarlanması

İsa Xəlilov

8

Radioelektron mübarizə mühitində süni intellekt texnologiyalarının tətbiqi ilə fiber-optik tipli pilotsuz uçuş aparatlarının effektiv idarə olunma üsulunun işlənməsi

Bayram İbrahimov

9

Hesablama təhsilində Blum Taksonomiyası və süni intellekt texnologiyalarının inteqrasiyası

Zəfər Cəfərov

10

Azərbaycan narının aqro-sənaye yan məhsullarının funksional bioaktiv ekstraktlara davamlı dəyərləndirilməsi

Bəhruz Cəbrayılov

11

“WIRE-FREE-BUS”: Azərbaycan şəhərlərində ictimai nəqliyyat üçün dinamik simsiz enerji ötürülməsi sisteminin tədqiqi və pilot tətbiqinin hazırlanması

Hikmət Əliyev

12

Yeni konstruksiyalı günəş kollektorunun yaradılması və binaların isti su təminatının innovativ texnologiyalarla idarə olunması

Vaqif Həsənov

13

Tank əleyhinə əl qumbaraatanının reaktiv oymağının diffuziya metalllaşdırılması ilə etibarlılığının təmin edilməsi

Ələkbər Hüseynov

14

Enerji özünütəminli avtonom yerüstü mina aşkarlama və sahə xəritələndirmə rover sisteminin konseptual və texnoloji işlənməsi

Rasim Əlizadə

 


Digər xəbərlər