Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU “QS Europe 2026” reytinqində Avropa və Qərbi Asiya üzrə mövqeyini gücləndirib

AzTU “QS Europe 2026” reytinqində Avropa və Qərbi Asiya üzrə mövqeyini gücləndirib

28.01.2026     86     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) “QS World University Rankings Europe 2026” reytinqində yer alaraq 476-cı yerə layiq görülüb.

Eyni zamanda, AzTU Qərbi Asiya regionu üzrə yüksək nəticə göstərib. Belə ki, AzTU ilk 30 universitet sırasında (30-cu yer) qərarlaşıb. Bu göstərici universitetin regionda artan akademik nüfuzunun və beynəlxalq tanınmasının bariz nümunəsidir.

QS reytinqində universitetlər akademik reputasiya, işəgötürənlər arasında tanınma, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və digər əsas göstəricilər üzrə qiymətləndirilir. AzTU-nun əldə etdiyi bu nəticələr son illər təhsil və elm sahəsində aparılan ardıcıl islahatların uğurlu nəticəsidir.

Qeyd edək ki, “QS World University Rankings” dünyanın ən nüfuzlu və etibarlı ali təhsil reytinqlərindən biri hesab olunur.


Digər xəbərlər