Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Yaşıl enerji və ekoloji innovasiyalar” mövzusunda tədbir keçirilib

AzTU-da “Yaşıl enerji və ekoloji innovasiyalar” mövzusunda tədbir keçirilib

18.12.2025     77     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və məşğulluq mərkəzi ilə Ekologiya və Kimya Klubunun birgə təşkilatçılığı ilə “Yaşıl enerji və ekoloji innovasiyalar” mövzusunda maarifləndirici və praktik yönümlü tədbir keçirilib.

Tədbirin əsas məqsədi ölkəmizdə sürətlə inkişaf edən yaşıl enerji, ekoloji innovasiyalar, davamlı istehsal və ətraf mühit texnologiyaları sahələrində fəaliyyət göstərən qurumlarla tələbələr arasında ünsiyyət yaratmaq, mövcud trendləri müzakirə etmək, təcrübə mübadiləsini təmin etmək və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Proqram çərçivəsində şirkət təqdimatları, panel və dialoq yönümlü müzakirələr, “networking” sessiyası, eləcə də tətbiqi təlim və interaktiv qrup işi təşkil edilib. Tədbirdə AZCON Holdingin nəzdində fəaliyyət göstərən “Bakı Gəmiqayırma Zavodu” MMC-nin mühəndis-elektriki Sədi Amanlı çıxış edərək elektrik nəqliyyat vasitələri üçün şarj infrastrukturunun yaradılması, günəş panellərinin sənaye və istehsalat sahələrində tətbiqi perspektivləri, həmçinin istehsalat sahələrində filtrasiya sistemlərinin ekoloji və əməliyyat üstünlükləri barədə ətraflı məlumat verib.

Dialoq formatında keçirilən çıxış tələbələrin sualları ətrafında müzakirələrlə müşayiət olunub.

Tədbirdə həmçinin “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdir müavini Elnur Əliyev iştirak edərək praktik ekoloji idarəetmə, istehsalat təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı real təcrübələrini bölüşüb.

Proqramın ən interaktiv hissəsində “Bilimsenol Azerbaijan”ın koordinatoru Aycan Nazarova “Gənclərin qlobal ekoloji problemlərin həllində rolu: Bu günün təşəbbüsü, sabahın davamlılığı” mövzusunda çıxış edib və ardınca tələbələrin aktiv iştirakı ilə tətbiqi təlim həyata keçirilib.

Tədbirin sonunda vurğulanıb ki, bu cür təşəbbüslər: universitet- sənaye əməkdaşlığının gücləndirilməsinə, yaşıl enerji və ekoloji texnologiyalar üzrə maarifləndirmənin artırılmasına, gənclərin təşəbbüskarlıq və innovasiya potensialının inkişafına mühüm töhfə verir.

Tədbir çərçivəsində əhatə olunan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG): 

 SDG 4 – Keyfiyyətli Təhsil (Tələbələr üçün praktik bilik, tətbiqi təlim və sənaye təcrübəsinin paylaşılması) 

 SDG 7 – Əlçatan və Təmiz Enerji (Günəş enerjisi, elektrik nəqliyyat vasitələri və enerji infrastrukturu) 

 SDG 9 – Sənaye, İnnovasiya və İnfrastruktur (Yaşıl sənaye həlləri, texnoloji innovasiyalar) 

 SDG 11 – Davamlı Şəhərlər və İcmalar (Elektrik nəqliyyatı və ekoloji infrastrukturlar) 

 SDG 12 – Məsuliyyətli İstehsal və İstehlak (İstehsalatda filtrasiya sistemləri, ekoloji yanaşmalar) 

 SDG 13 – İqlim Dəyişikliyi ilə Mübarizə (Yaşıl transformasiya və karbon təsirinin azaldılması) 

 SDG 17 – Məqsədlər naminə Tərəfdaşlıq (Universitet–sənaye əməkdaşlığı)


Digər xəbərlər