Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU tələbəsi Həştərxanda keçirilən idman yarışında bürünc medal qazanıb

Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında 7-ci beynəlxalq idman oyunlarına yekun vurulub. Yarışlarda 5 ölkədən 600-ə yaxın atlet müxtəlif idman növlərində qüvvəsini sınayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nurlan Xəlilov sambo idman növü üzrə yarışlarda bürünc medal qazanıb.    

Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında 7-ci beynəlxalq idman oyunlarına yekun vurulub. Yarışlarda 5 ölkədən ..

2024-10-15
AzTU

Rektor: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"

İnformasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğurur. Bunu Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" adlı təlimin açılış mərasimində bildirib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dayanıqlı iqtisadi inkişafı təmin edən mühüm elementlərdən biridir. "Texnologiyaların inkişafı getdikcə yeni mübarizə üsullarının ortaya qoyulmasını tələb edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunması, eyni zamanda onunla mübarizənin kifayət qədər yeni üsullarının ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye və müəssisələrlə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır", - deyə rektor qeyd edib. Vilayət Vəliyev hesab edir ki, informasiya təhlükəsizliyi yönündə Azərbaycanda kadr hazırlığı kifayət qədər artırılmalıdır: "Əsas məqam doktorantura səviyyəsində proqramların artırılmasıdır. Çünki biz həmin proqramları daha ciddi həyata keçirmək üçün ilk növbədə öyrədənlərin öyrənməsini təmin etməliyik. Bu istiqamətdə qısa və orta müddətli birgə proqramların həyata keçirilməsi mümkün ola bilər. Bu nəticə etibarı ilə universitetlərin bazalarının artırılmasına kömək edəcək. Digər bir məqam bütün sferalarda elmi tədqiqatların aparılmasıdır. Bunun nəticəsində sənayenin ayrı-ayrı strukturlarında - xüsusilə energetika, telekommunikasiya sektorlarında kritik infrastrukturun formalaşdırılması ilə bağlı ciddi məqamlar ortaya çıxmalıdır. Eyni zamanda audit işlərinin aparılması, texnoloji məsələlərin, bu istiqamətdə standartların öyrənilməsi əhəmiyyətlidir". Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin formalaşması üçün maraqlı tərəflərin bir araya gəlməsinin önəmini vurğulayan rektor bu yöndə normativ hüquqi sənədlərin işlənməsi, eyni zamanda praktiki işlərin görülməsi ilə bağlı ciddi məsələlərin olduğunu deyib.

İnformasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həm də ciddi iqtisadi nəticələr doğurur. Bunu Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Bakıda ke ..

2024-10-15
AzTU

Maşınqayırma texnologiyası kafedrasının alimləri Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının alimləri Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi - 2024”ün qalibi elan olunub. Alimlərimizin “Rəqəmli proqramla idarəolunan dəzgahlarda iqtisadi emal şərt­lərinin texnoloji təminatı” adlı layihəsi elmi ekspertizadan uğurla keçərək qaliblər sı­ra­sında yer alıb. Elmi tədqiqat layihəsinin rəhbəri Maşınqayırma texnologiyası kafedrasının müdiri, əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubovdur. Ma­liy­yə həcmi 200.000 AZN olan elmi layihənin 2 il müddətində yerinə yetrilməsi planlaşdırılır.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının alimləri Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas Qran ..

2024-10-14
AzTU

AzTU əməkdaşları Qazaxıstanda forumda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin dekanı Malik Qarayev və Kompüter texnologiyaları kafedrasının dosenti Natiq Əhmədov Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən “Sovet və Rusiya ali təhsil müəssisələri məzunlarının forumu”nda iştirak edib. Foruma eyni zamanda MDB ölkələrinin ali təhsil və səhiyyə sahələrində, dövlət orqanlarında çalışan nümayəndələri, həmçinin məzunlar assosiasiyasının MDB dövlətlərindən olan rəhbərləri və üzvləri qatılıb. Malik Qarayev “Elm-təhsil əməkdaşlığı, birgə elmi tədqiqatların aparılması, sənaye-təhsil əməkdaşlığının inkişaf etdirilməsi” adlı dəyirmi masada “Elm və təhsil sahəsində inkişaf perspektivləri və əməkdaşlığın əsas istiqamətləri” adlı məruzə ilə çıxış edib. Forum çərçivəsində “Ali təhsil sistemində menecment” mövzusunda təlimdə iştirak edən AzTU əməkdaşlarına  “İxtisasartırma haqqında” vəsiqə təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin dekanı Malik Qarayev və Kompüter texnologiyaları kafedrasının dosenti Natiq Əhmədov Qazaxıstan Resp ..

2024-10-14
AzTU

AzTU-da “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AzTU Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi həyata keçirilib. İki gün davam edən layihədə 200-dən çox tələbə iştirak edib. Tələbələrə yol hərəkəti qaydaları, son illərdə baş verən yol-nəqliyyat hadisələri və onların əsas səbəbləri barədə geniş məlumat verilib. İştirakçılara AzTU-nun Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov tərəfindən mövzu ilə əlaqədar təlimlər keçirilib, həmçinin tələbələrə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib. Layihəni uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AzTU Tələbə Gəncl ..

2024-10-11
AzTU

AZTAF proqramı çərçivəsində AzTU-da seminar keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində Azərbaycanda texniki təhsil və karyerada gender balansının təşviqi məqsədilə növbəti seminar Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Seminar texniki sahələrdə qadınların iştirakını artırmaq və əmək bazarında gender bərabərsizliyini azaltmaq yolu ilə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə universitetin professor-müəllim heyəti, karyera məsləhətçiləri iştirak edib. Seminarın əsas mövzularını texniki təhsil və əmək bazarında mövcud gender bərabərsizliyi, qadınların məşğulluğuna dair qanunvericilikdə son dəyişikliklər, Azərbaycanda “Qadınların Məşğulluğu Qarşısındakı Maneələrin Aradan Qaldırılması" üzrə Dünya Bankı hesabatının əsas nəticələri və texniki sahələrdə qadınların dəstəklənməsində təhsil müəssisələrinin rolu təşkil edib. Tədbir zamanı həmçinin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə hazırladığı "Əməyin Təhlükəsizliyi, Sağlamlığı, Zorakılıq və Qısnama" adlı Azərbaycan və ingilis dillərində tərtib edilmiş onlayn təlim kursu təqdim edilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində Azərbaycanda t ..

2024-10-10
AzTU

AzTU nümayəndə heyəti Dünya Akademik Sammitində iştirak edib

Oktyabrın 7-9 tarixlərində Dünyanını ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) ilə Mançester Universitetinin birgə təşkil etdiyi Dünya Akademik Sammitində Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Subhan Namazov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov iştirak ediblər. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatıldığı tədbirdə elm və təhsil sahəsində aktual mövzular müzakirə olunub.

Oktyabrın 7-9 tarixlərində Dünyanını ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) ilə Mançester Universitetinin birgə təşkil etdiyi Dünya Akademik S ..

2024-10-10
AzTU

AzTU KİM X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub. Sərgidə AzTU-nun nəşrləri, professor-müəllim heyətinin dərs vəsaitləri nümayiş edilib.Sonda fəal iştirakına görə AzTU-ya təşkilatçılar tərəfindən sertifikat təqdim edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmas ..

2024-10-09
AzTU

AzTU nümayəndə heyəti Həştərxanda keçirilən tədbirdə Azərbaycanı təmsil edir

Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında 7-ci beynəlxalq idman oyunları keçirilir. Oyunlarda ölkəmizi Azərbaycan Texniki Univesitetinin (AzTU) İdman sarayının direktoru Elnur Camalxanovun rəhbərli ilə universitetin idmançıları təmsil edir. Səfər çərçivəsində nümayəndə heyəti Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında 7-ci beynəlxalq idman oyunları keçirilir. Oyunlarda ölkəmizi Azərbayc ..

2024-10-07
AzTU

AzTU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalında uğur qazanıblar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən bədii yaradıcılıq müsabiqə-festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 561a qrupunun tələbələri Rüqəyya İsalı “Vokal xalq mahnıları” nominasiyası üzrə 3-cu yer, “Xalq çalğı alətləri sənəti” nominasiyası üzrə Batuhan Eroğlu - 1 ci yerin qalibi olublar. Tədbirdə qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən bədii yaradıcılıq müsabiqə-fest ..

2024-10-04