Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU yeni “Erasmus+KA2” layihəsinin icrasına başladı

AzTU yeni “Erasmus+KA2” layihəsinin icrasına başladı

02.12.2024     410     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Şərq, Mərkəzi Asiya və Asiyada qonşuluqda təhsil və innovasiya vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviq edilməsi” (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia)”  (Green Tech Horizon) layihəsinin Qazaxıstanın Almatı şəhərində ilk görüşü keçirilib.

Qazaxıstan Milli Universitetində (Əl-Fərabi Universiteti) təşkil olunan görüşdə 8 ölkədən – Serbiya, Latviya, Litva, Polşa, Xorvatiya, Azərbaycan, Qazaxıstan və Monqolustandan 24 tərəfdaş universitet, tədqiqat institutu və müəssisədən 40-dək mütəxəssisin iştirakı ilə layihənin davam edəcəyi 3 il ərzində yerinə yetiriləcək fəaliyyətlə bağlı müzakirələr aparılıb.

Səfərdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov, Elektrotexnika kafedrasının müdiri dosent Hikmət Əliyev iştirak ediblər.

Layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin dizayn edilməsi, səriştəyönümlü kurikulum modelinin inkişafı və sınaqdan keçirilməsi və bu modelə uyğunlaşdırılmış e-təlim kursları da daxil olmaqla e-Learning ekosistemi yaratmaqdan ibarətdir.

Layihənin koordinatoru, Serbiyanın Novi Sad Universitetinin professoru Danijella Ciric Lalic və digər məsul şəxslər layihənin komponetləri barədə geniş məruzələrlə çıxış edib, fəaliyyətin planlaşdırılması və təşkil edilməsi barədə layihə konsorsiumun üzvləri ilə razılığa gəlinib, tərəfdaşların yerinə yetirəcəyi fəaliyyət növləri müəyyən edilib.


Digər xəbərlər