Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022/2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor tədrisin bütün səviyyələrində keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər barədə tələbələrə məlumat verib. Həmçinin tədris prosesinin gedişi ilə maraqlanıb və tələbələrin suallarını cavablandırıb. Görüşün sonunda tələbələrə AzTU-nun hədiyyələri və “Bestcomp Group” şirkəti adından noutbuklar təqdim olunub. Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsinə keçirilən qəbul imtahanında AzTU-ya ən yüksək balla qəbul olunan tələbə Ülviyyə Hüseynova olub. O, 95 balla informasiya texnologiyaları və sistemlər mühəndisliyi ixtisasına qəbul olunub. Bakalavriat səviyyəsində isə Rəvan Əlizadə (643,7 bal), Əyyub Məmmədov (628,5 bal), Ülviyyə Məmmədova (619,6 bal) və Tahirə Rəşid (603,8 bal) yüksək nəticə göstərərək AzTU ilə Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası (tədris ingilis dilində) üzrə ikili diplom proqramına qəbul olunublar.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022/2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal ..

2022-09-30
AzTU

Türkiyəli professorlar AzTU-ya səfər edib

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar Mərkəzinin rəhbəri, professor Metin Salamçı Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.  Görüş zamanı universitet-sənaye işbirliyinin inkişafı, birgə layihələrin həyata keçirilməsi məqsədilə müvafiq sahələr üzrə elmi-tədqiqatların aparılması müzakirə olunub. Qonaqlar elmtutumlu texnologiyaların inkişafı məqsədilə AzTU-nun imkanlarının artırılması üçün lazımi fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.   

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar ..

2022-09-29
AzTU

AzTU-nun rektoru Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.    Görüş zamanı bərpa olunan enerji mənbələri üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi müzakirə edilib. Hazırda icrası davam etdirilən “Erasmus+” layihəsi çərçivəsində növbəti ildən professor-müəllim heyətinin, eləcə də magistr və doktorant tələbələr arasından seçilən 6 nəfərin Madrid Politexnik Universitetinə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlərə dair razılıq əldə olunub. Həmçinin perspektiv əməkdaşlıq, universitet-sənaye işbirliyinin inkişafı, habelə birgə layihələrdə iştirakla bağlı da faydalı müzakirələr aparılıb. Daha sonra Azərbaycan nümayəndə heyəti İspaniya Sənaye Nazirliyi və Madrid Politexnik Universitetinin birgə təşəbbüsü ilə 1949-cu ildə əsası qoyulan LCOE Yüksək Gərginlikli Texnologiya Mərkəzi ilə tanış olub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəl ..

2022-09-29
AzTU

AzTU-nun rektoru İspaniya və Portuqaliyada işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsi çərçivəsində İspaniya və Portuqaliyada işgüzar səfərdə olub.    Səfərdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.      Səfərdə məqsəd bərpa olunan enerji mənbələri, o cümlədən üzən günəş panellərinə dair qabaqcıl təcrübələrin öyrənilməsi, layihənin Azərbaycanda və Qırğızıstanda icrası istiqamətində növbəti addımların müzakirə edilməsi, mövcud layihə təcrübəsinin paylaşılmasından ibarət olub.  Səfər çərçivəsində “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsinin beynəlxalq məsləhətçi və tikinti şirkətlərində (OCA Global və Gamma Solution) layihənin icrası üzrə müzakirə və sahəvi baxış həyata keçirilib. Sahəvi baxış zamanı İspaniyanın üzən günəş qurğuları üzrə ixtisaslaşmış mühəndislik və istehsal şirkətində (Isigenere) üzən günəş qurğularının istismarı və saxlanılması, bu istiqamətdə təlimlərin verilməsi kimi bir sıra məsələlər müzakirə edilib.  Daha sonra İspaniya elektrik sisteminin yeganə ötürücü agenti və operatoru olan “Red Electrica de Espana” (TSO) Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Portuqaliyada isə Avropada ən böyük üzən günəş stansiyası olan “Energias de Portugal” şirkətinin “Alqueva” layihəsi ilə tanışlıq həyata keçirilib. Sözügedən layihə su və günəş enerjisinin bir-birini tamamladığı və həcm etibarı ilə sınaqdan keçirilən ən böyük layihədir. Görüşdə bu sahədə təcrübə mübadiləsi və kadr hazırlığına töhfə verilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki ..

2022-09-28
AzTU

AzTU-da şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsi anılıb, onlarla bağlı xatirələrdən danışılıb. AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor deyib ki, AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. O da bildirilib ki, şəhidlərin əziz xatirəsi qəlblərdə əbədi olaraq yaşayacaq. Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı torpaqlarımızın ..

2022-09-26
AzTU

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə AzTU-nun həyətində Şəhidlər abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndiriliməsi ilə başlayıb. Daha sonra 27 Sentyabr - Anım Gününə həsr olunan video nümayiş olunub. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər hələ uzun illər hərb sahəsi üzrə mütəxəssislərin araşdırma mövzusu olacaq. AzTU tələbələrinin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edən rektor bildirib ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 35 nəfər şəhidlik zirvəsinə yüksəlib. Ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağı xüsusi vurğulanıb.   Daha sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunların valideynləri çıxış ediblər. Onlar övladları ilə bağlı xatirələrdən danışıblar. 44 günlük Vətən müharibəsində həyat yoldaşları şəhidlik zirvəsinə yüksələn AzTU-nun II kurs tələbələri də ordumuzun qazandığı Zəfərlə bağlı təəssüratlarını bölüşüblər. AzTU-nun məzunu, Vətən müharibəsi qazisi Elnur İsgəndərli torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin fədakarlığından danışıb. Tədbir AzTU tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, mü ..

2022-09-26
AzTU

AzTU-nun magistr tələbəsi ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistr tələbəsi Sevgi Rəsulova ötən gün paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  AzTU-nun rəhbərliyi və kollektivi Sevgi Rəsulovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.  Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistr tələbəsi Sevgi Rəsulova ötən gün paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. AzTU-nun rəhbər ..

2022-09-24
AzTU

AzTU THİK-in üzvləri II Fəxri Xiyabanı ziyarət edib

Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (AzTU THİK) üzvü olan bir qrup tələbə II Fəxri Xiyabanı ziyarət edib. Tələbələr torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları önünə gül dəstələri düzüblər. 

Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (AzTU THİK) üzvü olan bir qrup tələbə II Fəxri Xiyabanı ziyarət edib. Tələbələr torpaqlarımızın ərazi ..

2022-09-22
AzTU

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib. Çingiz Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb. 1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb. 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir. AzTU-nun rəhbərliyi və kollektivi Çingiz Əfəndiyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib. Çingiz Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elekt ..

2022-09-21
AzTU

AzTU-nun baş müəlliminin hazırladığı “Yem kalkulyatoru” mobil tətbiqi fermerlərə təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının UniClad layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermerlərə təqdim olunub.   Təqdimatda layihənin proqram təminatını işləyib hazırlayan AzTU-nun Mühəndis riyaziyyatı və suni intellekt kafedrasının baş müəllimi Natiq Qurbanov da iştirak edib. Natiq Qurbanov mobil tətbiqin iş prinsipini geniş təqdimatla fermerlərə izah edib və onun “Google Play” üzərindən əlçatan olduğunu bildirib.   Qeyd olunub ki, “Yem kalkulayatoru” fermerlərə ev heyvanları üçün illik balanslaşdırılmış qidalı yem tərkibinin, bu yemin becərilməsi üçün zəruri əkin sahəsinin hesablanmasını, habelə fermerlərin müvafiq mövzu üzrə maarifləndirilməsi və müvafiq məlumatların çatdırılmasını təmin edən faydalı resursdur. Mobil tətbiqdə fermerlərin yerləşdikləri ərazi üzrə hava məlumatı və yemlərin qidalılıq normaları haqqında faydalı məlumatlar yerləşdirililib. Xatırladaq ki, “Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində AzTU-da yaradılmış İnnovativ Texnologiyalar Mərkəzində pilot layihə olaraq işlənib. Pilot layihə Kənd Təsərüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Mobil tətbiqə məlumatların daxil edilməsi prosesinə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri cəlb olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının UniClad layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi Kənd Təsərrü ..

2022-09-20