Avropa İttifaqı, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin dəstəyi ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası başa çatıb. Forumda Azərbaycan universitetlərini 28 komanda təmsil edib. Azərbaycan Texniki Universitetinin (AzTU) məzunlarından ibarət “Qalanı xatirə olsun” komandası birinci yerə layiq görülərək Forumun çempionu olub. Bundan əlavə, Debat Forumun ən yaxşı 3 natiqindən 2-si də elə məhz AzTU məzunları olub. Belə ki, Elmir Yusifzadə Forumun ən yaxşı 1-ci natiqi, Nurlan Abbasov ən yaxşı 3-cü natiqi adına layiq görülüb.
Rektor Vilayət Vəliyev qalib komandanın üzvləri ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.