Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı və kafedra müdiri professor Səbinə Alməmmədovanın redaktorluğu ilə 12 Aprel 2025-ci il tarixində "Caspian Business Center"də (2-ci mərtəbə) "Xarici Dilin Tədrisi Metodikası" mövzusunda seminar keçiriləcək.
Tədbirin spikeri Amerika Birləşmiş Ştatlarının səfirliyinin nümayəndəsi, xarici dilin tədrisi üzrə ekspert və təlimçi Jordan Brawn olacaq.
3 saat davam edəcək seminarda iştirakçılara müasir tədris metodları ilə bağlı faydalı biliklər təqdim ediləcək. Təlim saat 12:00-da başlayacaq.
Seminarın mövzusu: "Maximize Student Speaking Time" (Tələbələrin Danışıq Vaxtını Maksimuma Çıxarmaq)
İştirak etmək istəyənlər üçün qeydiyyat linki