Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur

Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur

2025-04-19
85

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur.

Tələblər:

· Ali təhsil (İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi);

· İngilis dilinin tədrisi üzrə minimum 3 il pedaqoji təcrübə;

· Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq;

· Digər sertifikatlar  İELTS 7.5  sertifikatı

· İngilis dilində motivasiya məktubu;

· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

· Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

· Tədqiqatçılıq bacarığı.

İşin təsviri:

· Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;

· Dərs proqramına uyğun  nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;

· Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

· Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;

· Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.  

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz  CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, TOEFL, İELTS) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.05.2025-ci il saat 18:00