Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulub:
· Kompüter mühəndisliyi
· Elektrik və elektronika mühəndisliyi
· Metallurgiya və materiallar mühəndisliyi
· Kimya mühəndisliyi
· Maşın mühəndisliyi
· Sənaye mühəndisliyi
Mühəndislik fakültəsində tədris ingilis və türk dillərində aparılır.
İxtisaslarla bağlı ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)
- Ərizə forması (Application Form)
- Transkript (ÜOMG minimum 75 bal)
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 05.11.2024
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48