Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Türkiyənin Bahçeşehir Universitetində 1 semestr mübadilə imkanı

Türkiyənin Bahçeşehir Universitetində 1 semestr mübadilə imkanı

2025-10-16
56

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat və magistr səviyyəsində təhsil alan tələbələri Türkiyənin Bahçeşehir Universitetində (BAU) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, BAU-da tədris ingilis və türk dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) və ya magistr (1-ci kurs) tələbəsi olmaq;

- Ərizə forması (Application Form);

- Transkript (ÜOMG minimum 75 bal bakalavr tələbələri üçün);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə BAU-da 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS / TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.

Müraciət üçün son tarix: 01.11.2025 

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48