Azərbaycan Texniki Universitetinin (AzTU) Texnoloji Transfer Ofisinə texnoloji innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Ali texniki təhsil (mühəndislik, informasiya texnologiyaları, innovasiya menecmenti və ya əlaqəli sahələr üzrə magistr təhsili);
· Texnoloji layihələr və ya elmi-tədqiqat fəaliyyəti üzrə minimum 2 il iş təcrübəsi;
· Startap və innovasiya ekosistemi üzrə anlayış və təşəbbüslərdə iştirak təcrübəsi üstünlükdür;
· Yaxşı analitik düşüncə və layihə planlaşdırma bacarığı;
· Dil bilikləri: İngilis və türk dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
· Ms Office proqramları üzrə biliklər;
· Ünsiyyətcil, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
· Ölkənin strateji inkişaf prioritetləri və qanunvercilik bazası haqqında biliklər.
Əmək funksiyaları:
· Texnoloji innovasiyalar üzrə layihələrin hazırlanması və icrasında iştirak etmək;
· Startap və spin-off təşəbbüslərinin dəstəklənməsi və monitorinqi;
· Elmi-tədqiqat və texnologiya əsaslı ideyaların kommersiyalaşdırılması prosesinə texniki dəstək vermək;
· Yerli və beynəlxalq innovasiya platformaları ilə əməkdaşlıq qurmaq;
· İnnovativ məhsul və texnologiyaların texniki və bazaryönümlü təhlilini aparmaq;
· İnnovasiya ekosistemi üzrə mütəmadi araşdırmalar və hesabatlar hazırlamaq;
· Universitet daxilində rəqəmsal transformasiya təşəbbüslərinə töhfə vermək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 11.08.2025-ci il saat 18:00