Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Tədris şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Tədris şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2024-06-28
376

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

· Ali təhsil;

· Təhsil sahəsi üzrə 1-3 il iş təcrübəsi;

· Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazırliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Analitik və tənqidi düşünmə bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· Ms Office proqramları üzrə sərbəst işləmə bacarığı;

· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

· Rus və ya digər dillər üzrə bilik arzuolunandır.

Əmək funksiyaları:

· Təhsil proqramları və tədris planları ilə işləmək;

· Fakültə və kafedralara aid olan sənədləri araşdırmaq;

· Kafedralar üzrə tədris yüklərinin formalaşması, bölünməsi və hesablanmasını yoxlamaq;

· Müxtəlif əmr layihələri hazırlamaq;

· Kafedraların fəaliyyəti ilə bağlı sənədləri, hesabatları toplamaq arxivləşdirmək və onlara nəzarət etmək;

· Şöbəyə daxil olan qrupun işlərinə aid məktubları cavablandırmaq;

· Şöbəyə daxil olan qrupun işlərinə aid sənədlərin icrası haqqında ümumi şöbəyə məlumat vermək;

· Müxtəlif struktur və qurumlardan gələn sorğu, hesabat, məlumatları hazırlamaq və cavablandırmaq;

· Tapşırılan digər fəaliyyətlərin icrasını həyata keçirmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 04.07.2024