Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə elmi tədqiqatların koordinasiyası və hesabatların tərtibi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
- Ali təhsil (Magistr təhsili);
- Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
- Dil bilikləri: İngilis və rus dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı;
- "Ms Office", "Ms Access", "MS Project" proqramları üzrə biliklər;
- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və qanunvericilik bazası, Boloniya prosesi haqqında biliklər.
Əmək funksiyaları:
-Tədqiqatların qiymətləndirilməsi: Elmmetrik göstəricilərin toplanması və analiz edilməsi, tədqiqatların keyfiyyətinin və təsirinin qiymətləndirilməsi.
-Məlumat analizi: Publikasiya, istinad və digər elmmetrik məlumatların toplanması, analizi və interpretasiyası.
-Hesabatların hazırlanması: Elmmetrik məlumatlar əsasında hesabatların və təqdimatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
-Strategiyanın formalaşdırılması: Təşkilatın tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi və elmmetrik göstəricilər əsasında strategiyaların inkişaf etdirilməsi.
-Təlim və dəstək: Tədqiqatçılara elmmetrik göstəricilərdən necə istifadə edəcəkləri barədə təlimlərin verilməsi, onlara dəstək göstərilməsi.
-Tədqiqat trendlərinin izlənməsi: Elm sahələrindəki trendləri və inkişafları izləyərək müvafiq dəyişikliklərin proqnozlaşdırılması.
-İş birliyi və şəbəkə: Digər tədqiqatçılar və mütəxəssislərlə əməkdaşlıq edərək elmmetrik yanaşmaların paylaşılması.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.10.2024