Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi proqramının laboratoriya saatlarının/faəliyyətlərinin idarə olunması, praktiki dərslərdə tədris və təlim assistentliyi göstərilməsi, kimya laboratoriyalarının fiziki idarə olunması məqsədilə aşağıda göstərilən xüsusiyyətlərə malik laboratoriya meneceri vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Ali Təhsil: Magistratura və ya doktorantura dərəcəsi (kimya mühəndisliyi və ya müvafiq sahə üzrə);
· İş təcrübəsi: Qeyd olunan sahələrin birində 1 (bir) - 2 (iki) il peşəkar iş təcrübəsinə sahib olmaq;
· Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;
· Texniki sənədləri effektiv şəkildə oxuyub başa düşmək və texniki mövzularda güclü yazılı və şifahi ünsiyyət qurma bacarığına malik olmaq;
· Mövcud informasiya texnologiyalarını izləyən, araşdırma və inkişaf etdirilməyə açıq, yenilikçi və proaktiv yanaşma nümayiş etdirmək;
· Təşəbbüskarlıq, analitik düşünmə və effektiv problem həlletmə bacarıqlarına malik olmaq;
· Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq;
· Gərgin və dinamik iş mühitinə uyğunlaşa bilən, komanda işinə meylli və əməkdaşlıq yönümlü olmaq.
İşin təsviri:
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.09.2024