25.06.2024-ci il saat 14:00-da (AzTU, əsas korpus, otaq 317) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Səmədova Şəfəq İdris qızının 3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (texnika) ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ölçmə nəticələrinə görə aritmiyaların identifikasiyası və proqnozlaşdırılması metodlarının müqayisəli analizi” mövzusunda dissertasiya işinin seminarı keçiriləcək.
Elmi rəhbər: t.e.d., professor Tokay Murad oğlu Qasımzadə