20.10.2025-ci il saat 10:00-da Samir Fariz oğlu Əmirlinin BFD 2.09/2 Birdəfəlik Dissertasiya şurasının iclasında 3313.01–maşınqayırma texnologiyası ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Hidroabraziv emal üsulu ilə materialı çətin emal olunan detalların keyfiyyət göstəricilərinin yüksəldilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək (AzTU, əsas korpus, otaq 317).
FD 2.09 Dissertasiya şurasının elmi katibi Füzuli Rəsulov