Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Rumıniyada bir semestr təhsil almaq istəyən tələbələrin nəzərinə!

Rumıniyada bir semestr təhsil almaq istəyən tələbələrin nəzərinə!

2024-11-28
502

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq şansı əldə edə bilərlər.   

Mübadiləyə İqtisadiyyat və idarəetmə fakültəsinin bütün ixtisasları üzrə təhsil alan bakalavr tələbələri müraciət edə bilər.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 75 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dilindən imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 10.12.2024  

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48