Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Orhun Mübadilə Proqramı çərçivəsində müraciətlərin qəbulu başladı

Orhun Mübadilə Proqramı çərçivəsində müraciətlərin qəbulu başladı

2026-03-04
36

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və akademik heyəti Türk Şurası Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv universitetlərdə (https://turkunib.org/tr/members/) 2026/2027 tədris ilinin payız semestrində müvafiq olaraq təhsil almaq və dərs demək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, tələbələr proqram çərçivəsində tərəfdaş universitetdə 1 semestr müddətinə təhsil ala, akademik heyət isə 1 həftə müddətinə (6 saat olmaqla) dərs deyə bilər (tədris etmədikdə seminar, panel və konfranslarda iştirak nəzərə alınır). Hər bir müraciətçi müraciət zamanı sadəcə bir universitet seçə bilər. Tərəfdaş türkdilli universitetlərdə tədris yerli dillə yanaşı rus və ya ingilis dillərində aparılır. 2026/2027 tədris ilinin payız semestrində mübadilə üçün qəbul yerləri və şərtlər ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Mübadilədə iştirak edə bilər:

· bakalavriat səviyyəsində təhsil alan 1-ci və 2-ci kurs tələbələri

·  magistratura səviyyəsində təhsil alan 1-ci kurs tələbələri

·  akademik heyət üzvləri

Tələbələr üçün şərtlər və tələb olunan sənədlər:

Tələbə haqqında məlumat forması (Öğrenci Bilgi Formu)

Transkript (bakalavr üçün ÜOMG minimum 75 bal, magistr üçün 85 bal)

Gedəcəyi universitetdə tədris dilini sərbəst bilməli

Akademik heyət üçün şərtlər və tələb olunan sənədlər:

Akademik heyət haqqında məlumat forması (Öğretim Üyesi Bilgi Formu)

Akademik heyətin Mobillik Proqramı (Öğretim Üyesi Hareketlilik Programı)

Gedəcəyi universitetdə tədris dilini sərbəst bilməli

Bütün sənədlər elektron formada, türk və ingilis dilində olmaqla doldurulmalıdır. Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

QEYD: Seçim tərəfdaş universitetlər tərəfindən aparılır. Mübadiləyə seçilən bütün iştirakçıların yol xərci AzTU tərəfindən qarşılanacaq, qalmaq və yemək isə gedəcəyi universitet tərəfindən yalnız linkdə qeyd edilibsə, qarşılana bilər. Bu xərclər qeyd edilmədiyi halda, tələbələrin müvafiq xərcləri özləri, akademik heyətin xərcləri isə AzTU tərəfindən qarşılanacaq. 

Mübadilədə iştirak etmək istəyən şəxslərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 18.03.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]