Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Maşınqayırma texnologiyası kafedrasına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur

Maşınqayırma texnologiyası kafedrasına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur

2025-09-26
175

Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma texnologiyası kafedrasına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur. 

Tələblər:

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;

· Laboratoriya avadanlıqları ilə işləmə bacarığı və onların müvafiq təlimatlara uyğunluğunu yoxlamaq qabiliyyəti;

· Dil biliyi: Yüksək rus dili (ingilis dili arzuolunnadır);

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimlərinə assistentlik etmək bacarığı;

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmə);

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 Vəzifə öhdəlikləri:

· Laboratoriya avadanlıqlarının müvafiq təlimatlara və texniki sənədlərə uyğunluğunu yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək;

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimləri tərəfindən tədris olunan dərslərdə assistentlik etmək;

· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırmaq;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;

· Tətbiqi proqramlardan istifadə edərək laboratoriya və tədris prosesini dəstəkləmək;

· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;

· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq;

· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 06.10.2025