Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Maşınqayırma texnologiyası kafedrasına kargüzar vəzifəsinə vakansiya elan olunur

Maşınqayırma texnologiyası kafedrasına kargüzar vəzifəsinə vakansiya elan olunur

2025-09-26
197

Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma texnologiyası kafedrasına kargüzar vəzifəsinə vakansiya elan olunur. 

Tələblər:

· Ali təhsil

· Təhsil sahəsində ən azı 1 il  iş təcrübəsi;

· Kargüzarlığın aparılmasına dair qanundan xəbərdar olmaq;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;

· Rəsmi sənədlərin tərtib olunması və arxivləşdirilməsi qaydaları haqqında biliklər;

· Statistika və hesabatların hazırlanması bacarığı;

· Koordinasiya etmək bacarığı. 

Vəzifə öhdəlikləri:

· Strukturun fəaliyyətinə uyğun sənədləşmələrin aparılması;

· Sənədlərin sistemə işlənilməsi və müraciətlərin vaxtında cavablandırılması;

· Sənədlərin aidiyyəti strukturlardan təhvil alınması;

· Daxil olan sənədləri qeydiyyata alıb aidiyyəti üzrə icraya yönəltmək;

· Daxili sənəd dövriyyəsini təmin etmək;

· Sorğuların təqibini aparmaq və hesabatlar vermək;

· Görülən işlərlə bağlı hesabatların hazırlanması;

· Sənədləri iş qovluğuna yerləşdirərkən onların tam və düzgün tərtib edilməsini təmin etmək;

· Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;

· Digər kargüzarlıq işlərinin icrası. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 06.10.2025