Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası magistr dissertasiyalarına elmi rəhbərlik və elmi-tədqiqat təcrübələrinə rəhbərlik üzrə saathesabı müəllim vəzifəsinə vakansiya elan edir.
Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrası üzrə magistr dissertasiyalarına elmi rəhbərlik istiqaməti üzrə vakant tədris yükü aşağıdakı kimidir:
Tələblər:
· Elmi dərəcə: texnika üzrə fəlsəfə doktoru və ya texnika üzrə elmlər doktoru (əlaqəli xtisaslar üzrə);
· Ali təhsil sahəsində ən azı 1-3 il iş təcrübəsinin olması;
· Əlaqədar ixtisaslar üzrə elmi məqalələrinin, tədqiqatlarının olması və ya müvafiq layihələrdə iştirak etməsi;
· Elmi-tədqiqat metodlarını bilmək bacarığı;
· Magistr dissertasiyalarının mövzularına uyğun olaraq tədiqatın məqsədini və məsələlərini müəyyən etmək bacarığı;
· Tədqiqat mövzusuna uyğun olaraq magistrantlara məqalə yazmaqda və ya konfransa məruzə hazırlamaqda məsləhət vermək bacarığı;
· Elmi-tədqiqat təcrübəsinin işçi proqramını tərtib edə bilmək bacarığı;
· Tələbələri motivasiya edə bilmək, innovativ yanaşmalardan istifadə etmək bacarığı;
· Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
· Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;
· Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.);
· Müvafiq ixtisaslar üzrə sənaye sahələri haqqında məlumatın olması;
· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır).
Öhdəliklər:
· Fərdi və ya qrup şəklində magistr dissertasiyalarına rəhbərlik etmək;
· Magistr dissertasiyalarının mövzularına uyğun olaraq tələbələrin tapşırıqlarını hazırlamaq;
· Elmi-tədqiqat təcrübəsinin işçi proqramını hazırlamaq;
· Təcrübə keçiriləcək müəssisədə magistrantları dissertasiya mövzusuna uyğun məlumatlandırmaq, onların davamiyyətini qeyd etmək;
· Elektron təcrübə portalında qeydiyyat aparmaq;
· Ayrılan tədris yükünə uyğun olaraq məsləhət və rəhbərlik saatlarının qrafikini müəyyən etmək və həmin saatlarda məsləhətlər vermək;
· Tələbələrin magistr dissertasiyası üzərində işinə və ya elmi- tədqiqat təcrübəsində fəaliyyətinə görə qiymətləndirilməsini aparmaq;
· Magistr dissertasiyalarının hazırlanmasında rəhbərliyə görə və ya təcrübənın nəticəsinə görə hesabat vermək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 10.12.2025