Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin payız semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə ali təhsili və sənayedə təcrübəsi olan mütəxəssislərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:
Tələblər:
· Tədris olunacaq fənlərin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Ən azı 3 illik sənaye təcrübəsinin olması;
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.
QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər
Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb shahin.mashayev@
Müraciət üçün son tarix: 24 iyul saat 18:00