Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Magistratura səviyyəsi üzrə müəllimlərin işə qəbulu elan edilir

Magistratura səviyyəsi üzrə müəllimlərin işə qəbulu elan edilir

2024-06-04
981

2024/2025-ci tədris ilində magistratura səviyyəsi üzrə pilot qaydada seçilmiş fənlərin tədrisi məqsədilə AzTU Ömürboyu Öyrənmə Məktəbi Yüksək Təhsil İnstitutu ilə birgə müəllimlərin işə qəbulunu elan edir. 

Fənlər:

· Layihələrin idarə edilməsi (mühazirə) - Azərbaycan, rus və ingilis dillərində

· Tədqiqat işinin aparılması (mühazirə və seminar) - Azərbaycan, rus və ingilis dillərində 

Layihələrin idarə edilməsi fənni üzrə tələblər:

· Fənnin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;

· Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatın ( PMP, IPMA Level D, ISO 21502 ) olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:20 aralığı) tədris aparmaq imkanının olması. 

Tədqiqat işinin aparılması fənni üzrə tələblər:

· Mühəndislik və ya humanitar sahələrdə magistr dərəcəsinin olması (elmi dərəcənin olması üstünlükdür);

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Tədrisdə tələbə yönümlü yanaşma;

· Komanda tədqiqat bacarıqları;

· Axşam saatlarında (18:30-21:20 aralığı) tədris aparmaq imkanının olması.

Tələb olunan sənədlər:

· Ətraflı CV;

· Diplomların surəti;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatının surəti (xaricdə ingilis dilində magistratura və doktorantura təhsili almış və diplomları Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarında tanınmış (nostrifikasiya olunmuş) namizədlərə şamil edilmir). 

Seçim meyarı (addımları):

· İlkin baxışdan keçən namizdələrə elektron məktub - bildiriş göndərilir;

· Fənnin işçi tədris proqramına daxil olan istənilən bir mövzunu seçərək təqdimatının hazırlanması tövsiyə olunur;

· Təqdimat üçün vaxt təyin edilir;

· Təqimat müddəti 45 dəqiqədir.

Qeyd:

· İşə cəlb edilən müəllimlərin iş prosesində özünü doğrultması halında gələcəkdə AzTU Ömürboyu Öyrənmə Məkətbi ilə daimi əsasda əməkdaşlıq etməsi hədəflənir.

Müraciət üçün son tarix: 20 iyun 2024-cü il saat 18:00

Maraqlanan şəxslər qeyd olunan sənədləri iddia etdikləri fənn yaxud fənlərin adlarını elektron məktubun “Mövzu” hissəsində göstərməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.