Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin İstanbul Texniki Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
İstanbul Texniki Universitetində mübadilə tələbələri üçün aktiv ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə İstanbul Texniki Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS və TOEFL sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 06.10.2025
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48