Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Erasmus+” mübadilə proqramı ilə Türkiyənin Bursa Uludağ Universitetində təhsil almaq istəyən tələbələrin nəzərinə!

“Erasmus+” mübadilə proqramı ilə Türkiyənin Bursa Uludağ Universitetində təhsil almaq istəyən tələbələrin nəzərinə!

2026-04-20
16

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr səviyyəsində təhsil alan tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Uludağ Universitetində 2026/2027 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilər. Mübadiləyə yalnız bir tələbə seçiləcək. Təhsil müddətində tələbəyə proqram çərçivəsində yol xərci və aylıq təqaüd ödəniləcək. 

Mübadiləyə mexanika mühəndisliyi və elektrik-elektronika mühəndisliyi ixtisasları üzrə təhsil alan bakalavr tələbələri müraciət edə bilər. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;

- Ərizə forması (Application Form);

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi). 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· İngilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək. 

Müraciət üçün son tarix: 03.05.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]