Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Eskişehir Texniki Universitetində 2026/2027 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər. Mübadiləyə yalnız bir tələbə seçiləcək. Təhsil müddətində tələbəyə proqram çərçivəsində yol xərci və aylıq təqaüd ödəniləcək.
Mübadiləyə kompüter mühəndisliyi və elektrik-elektronika mühəndisliyi ixtisasları üzrə təhsil alan bakalavr tələbələri müraciət edə bilər. Qeyd olunan ixtisaslarda bütün dərslər ingilis dilində tədris olunur.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· İngilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
Müraciət üçün son tarix: 03.05.2026
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]