Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) 2023/2024 tədris ilinin yaz semestrində 1 həftəlik dərs demək üçün müraciət edə bilər.
Qeyd edək ki, mübadiləyə TOGÜ-yə tərəfdaş Azərbaycan universitetlərinə iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə yalnız 2 yer ayrılıb.
Tələb olunan sənədlər:
- Ərizə forması (Application Form)
- CV
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq. Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq.
Onu da bildirək ki, mübadiləyə seçilmiş şəxslərin 20-25 may tarixlərində TOGÜ tərəfindən keçiriləcək 3-cü Beynəlxalq Heyət Həftəsində iştirakı nəzərdə tutulub.
Müraciət üçün son tarix: 24.03.2024
Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48