Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində bir həftəlik mobillikdə iştirak etmək üçün müraciət edə bilərlər.
2023/2024-cü tədris ili üzrə nəzərdə tutulan mübadilə mühəndislik istiqamətində həyata keçiriləcək.
Tələb olunan sənədlər:
· Ərizə forması (Application Form)
· CV (ingilis dilində)
· Xarici dil biliyi (ingilis/türk, minimum B2 səviyyədə)
“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 16.10.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: [email protected].az
Tel: (+994 12) 539 13 48