Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Bursa Texniki Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə

“Erasmus+” çərçivəsində Bursa Texniki Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə

2024-03-14
572

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) 2023/2024 tədris ilinin yaz semestrində 1 həftəlik dərs demək üçün müraciət edə bilər.

Qeyd edək ki, mübadiləyə mexanika mühəndisliyi və metallurgiya və material mühəndisliyi istiqamətləri üzrə sadəcə 1 yer ayrılıb. Türkiyədə olduğunuz zaman bütün xərcləriniz “Erasmus+” proqramı çərçivəsində qarşılanacaq.

Tələb olunan sənədlər:

- Ərizə forması (Application Form)

- CV

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)

Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq. Seçim zamanı müvafiq istiqamətlər üzrə müraciət etmiş AzTU-nun tam ştatlı akademik heyətinə və ingilis dili biliyini təsdiqləyən sertifikat təqdim edənlərə üstünlük veriləcək (Sertifikat təqdim edilmədiyi təqdirdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq). 

Müraciət üçün son tarix: 01.04.2024

 

Ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

 

Əlaqə:

 

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48