Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bartın Universitetində (BTU) 2023/2024 tədris ilinin yaz semestrində 1 həftəlik dərs demək üçün müraciət edə bilər.
Qeyd edək ki, mübadiləyə mexanika mühəndisliyi və kompüter mühəndisliyi istiqamətləri üzrə yalnız 1 yer ayrılıb.
Tələb olunan sənədlər:
- Ərizə forması (Application Form)
- CV
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq. Seçim zamanı müvafiq istiqamətlər üzrə müraciət etmiş AzTU-nun tam ştatlı akademik heyətinə və ingilis dili biliyini təsdiqləyən sertifikat təqdim edənlərə üstünlük veriləcək (Sertifikat təqdim edilmədiyi təqdirdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq).
Müraciət üçün son tarix: 01.04.2024
Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48