Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Brandenburq Texniki Universitetində tədris yalnız alman dilində aparılacaq.
Mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulub:
· Maşın mühəndisliyi
· Mexanika mühəndisliyi
· Metallurgiya və materiallar mühəndisliyi
İxtisas və fənlərlə bağlı daha ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- Bakalavr tələbəsi olmaq (2, 3 və 4-cü kurs)
- Ərizə forması (Application Form)
- Transkript (ÜOMG minimum 75 bal)
- Alman dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi)
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· Alman dili biliyi üzrə Goethe, Test DAF, Telc rəsmi sertifikatlarından birinin təqdim edilməsi mütləqdir. İmatahan verib sertifikatını hələ almayan tələbə imtahanda iştirakına dair arayış təqdim edə bilər. Yalnız müvafiq nəticə əldə etdiyi halda mübadilədə iştirakı təsdiqlənəcək.
Müraciət üçün son tarix: 03.11.2024
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48