Əməkdaşların yay istirahətinin təşkili və sağlamlıqlarının müdafiəsi məqsədilə hər il AzTU Həmkarlar İttifaqı Komitəsi tərəfindən ittifaq üzvlərinə verilən yollayışların paylanılması 2023-cü ildən E-yollayış sistemi vasitəsilə həyata keçirilir.
Yay mövsümündə yollayışlardan istifadə etmək istəyən əməkdaşların 4 iyun 2024-cü il tarixindən 10 iyun 2024-cü il saat 12:00-dək E-yollayış sistemindən qeydiyyatdan keçmələri xahiş olunur.
Qeydiyyat üçün link: http://hik.aztu.local/login
Əlavə məlumat üçün HİK-in iş otağına (əsas korpus - 203) yaxınlaşa və ya (+99412) 539 12 38 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.